"Qarabağ" və "Tvente" yenidən üz-üzə gələcək - Əvvəlki NƏTİCƏLƏR

"Qarabağ" və "Tvente" yenidən üz-üzə gələcək - Əvvəlki NƏTİCƏLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" (Ensxede) klubu ilə qarşılaşacaq.

Sfera.az xəbər verir ki, "Qarabağ" və "Tvente"nin yolları rəsmi turnirlərdə ilk dəfə Avropa Liqasının 2009/2010 mövsümündə kəsişib.

Həmin vaxt Niderlandda keçirilən ilk matçda "Tvente" 3:1 hesabı ilə qalib gəlib, Bakıdakı cavab qarşılaşması isə qolsuz bərabərliklə (0:0) başa çatdığı üçün niderlandlılar mərhələni keçib.

Komandalar 2014/2015 mövsümündə də Avropa Liqasının pley-off mərhələsində qarşılaşıblar. Bakıda 0:0, Ensxededə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Məhz 2014-cü ildəki bu heç-heçə "Qarabağ"ın səfər qolu qaydası sayəsində tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib. Həmin vaxtdan bəri ağdamlılar heç vaxt avrokubokların təsnifat mərhələlərində mübarizəni dayandırmayıblar.

Bundan əlavə, iki komanda 2025-ci ilin iyulunda yoldaşlıq matçlarında da üz-üzə gəlib. Keçirilən iki sınaq qarşılaşmasının birində "Qarabağ" 3:2 hesabı ilə qələbə qazandığı halda, digər matçda "Tvente" 2:1 hesabı ilə üstün olub.

Xatırladaq ki, "Qarabağ"la "Tvente" arasında ilk oyun avqustun 20-də "Qrols Veste" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR