Kiyançızadə: İmkan olarsa, bir daha Bakıya gələrəm
11:45 / 29.05.2017
1834
Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında qızıl medal qazanaraq İranını bayrağını yüksəltdiyim üçün qürur duyuram.
Sfera.az xəbər verir ki, bu sözləri Oyunların taekvando üzrə 53 kiloqram dərəcəsində qalibi Nihad Kiyançızadə Azərtac-a müsahibəsində deyib.
İdmançı vurğulayıb ki, yarışların yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şərait qələbə qazanmasına əsas stimul olub. İdman arenalarının müasirliyi, idmançılara göstərilən qayğı ona xoş təəssürat bağışlayıb. Bakını gəzməyə də vaxt tapdığını deyən N.Kiyançızadə şəhərin gözəlliyinə valeh olduğunu və gələcəkdə imkan yaranarsa, bir daha Bakıya gəlmək istədiyini bildirib.
Sfera.az