Azad Rəhimov: İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib

Azad Rəhimov: İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib

"IV İslam Həmrəyliyi Oyunları zamanı xırda bir problem belə baş verməyib”. 

 

Bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yekun mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan komandası İslamiadada 75 qızıl medalla birinci yeri tutub: "Oyunlarda iştirak edən ölkələrin 70 faizdən artıq ölkə medal qazanıb. Bu da onu göstərir ki, gərgin mübarizə gedib. Bu gərgin mübarizə nəticəsində Azərbaycan yığması 1-ci yerdə qərarlaşıb. IV İslam Həmrəyliyi Oyunları Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib”.

 

A. Rəhimov deyib ki, iştirakçı ölkələrin bütün idmançıları hər bir xidmətdən razı qalıblar. O əlavə edib ki, bir neçə ölkənin yığma komandası mayın 25-dək Atletlər kəndində qalacaq.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR