\"Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir\"

\
"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları kimi tədbirlərin keçirilməsi ölkəmizin hər zaman birincilərdən, öncüllərdən olduğunu göstərir".
Sfera.az bildirir ki, bunu Trend-ə  Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova deyib.

G.Xəlilova qeyd edib ki, bu gün Azərbaycanı dünyada demək olar ki, hamı tanıyır: "Bu qürurvericidir. Azərbaycan üçün belə tədbirlərin önəmi böyükdür. Ölkədə bayram ab-havası, xeyli sayda turistin gəlməsi, milli irsimizin təbliği baxımından IV İslam Həmrəyliyi Oyunlarının böyük əhəmiyyəti var".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.

OXŞAR XƏBƏRLƏR