452 min manatlıq uduş: \"Topaz\"ın fırıldağı, yoxsa reallıq?

452 min manatlıq uduş: \

"Topaz” ötən il olduğu kimi, bu il də mərc həvəskarlarını şirnlikləndirməkdə maraqlıdır.


Mərc şirkəti bu dəfə Xəyal adlı şəxsin 452 min 500 manatlıq uduşunu reklam edərək, insanları qumara dəvət edir.

"Topaz”ın yaydığı xəbərə görə, adıçəkilən şəxs fantastik məbləği ümumi olaraq 34 kuponun hesabına qazanıb. Maraqlıdır ki, o, hər bir kupona 300 manatlıq mərc edib. Bu isə ümumilikdə 10 min 200 manatlıq mərc deməkdir.

Belə olan halda isə sual yaranır: 10.200 manatı olan şəxs "Topaz” oynayarmı? Tutaq ki, bu riski gözə almısınız. Bəs, eyni oyunların yer aldığı kuponun hər birinə 300 manat yatırarsınız? Hər halda kiminsə belə risk edəcəyi inandırıcı deyil. Çünki 10 oyundan biri proqnoza uyğun gəlməsə, bu, 10.200 manatın "yanması” deməkdir.

Çox güman ki, bu, reallıq yox, "Topaz”ın Xəyal adlı şəxsin adı altında uydurduğu xəyalının məhsuludur. Bunu şirkətin PR-ı üçün düşünülmüş ucuz reklam da adlandırmaq olar. Çünki burada mərc şirkəti maraqlı olan tərəfdir.


Qeyd edək ki, qanuni qumar hər adama xoşbəxt anlar yaşatmır. Dövrü mətbuatda "Topaz”a görə intihar edənlərə, dağılan ailələrə, cinayətlərə aid onlarla xəbərə rast gəlmək olar. (yenicag)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...