Logo

Bakı-2017: Azərbaycan 50-ci qızıl medalını qazandı – YENİLƏNİB

Bakı-2017: Azərbaycan 50-ci qızıl medalını qazandı – YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib.

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokina qalib gələrək Azərbaycana İslamiadada 50-ci qızıl medalı qazandırıb.

20:16

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz qızıl medal qazanıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, Birinci Avropa Oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) həlledici mərhələdə İran idmançısı Seyid Hüseyn ilə üz-üzə gəlib.

A.Tağıyev rəqibinə 8:7 hesabı ilə qalib gəlib.

19:16

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 45-ci qızıl medalını qazanıb.

Sfera.az-ın Trend-ə istinadən məlumatına görə, taekvandoçumuz Patimat Abakarova (49 kq) finalda qazaxıstanlı Aynur Yesbergenova ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 14:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR