İslamiada: Azərbaycanın növbəti qızıl medalı

İdman
22:00 / 17.05.2017
1815
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb.
Sfera.az xəbər verir ki, bu, taekvandoçumuz Milad Beiqi Harçeqaninin sayəsində olub.
80 kq. çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda türkiyəli Yunus Sarı ilə üz-üzə gəlib. Rəqibini 9:5 hesabı ilə məğlub edən Harçeqani fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sfera.az