Logo

Sona qədər gedəcəm – Rafael Ağayev

Sona qədər gedəcəm – Rafael Ağayev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının karate yarışının finalında tamaşaçıları maraqlı və baxımlı döyüş gözləyir.

Bunu jurnalistlərə finala yüksələn karateçimiz Rafael Ağayev deyib.

5 qat dünya çempionumuz finalda pakistanlı idmançı ilə qarşılaşacağını bildirib:

"Düşünürəm ki, maraqlı və baxımlı görüş olacaq. Sona qədər gedib qələbə qazanmağa çalışacağam".

R.Ağayev qeyd edib ki, ikinci görüşündə Səudiyyə Ərəbistanı təmsilçisi ilə döyüşərkən müəyyən problemlərlə qarşılaşıb:

"O, yeni idmançıdır və mən onun maneralarını yaxşı bilmirdim. Buna görə də düzgün taktika seçməkdə çətinlik çəkirdim, lakin sonda özümü toparladım və 7:2 hesablı qələbə qazandım". (trend)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR