İslamiada: Gimnastlarımız finalda

12:12 / 13.05.2017
2037
Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında qadınlar arasında təsnifat mərhələsi başa çatıb.
Sfera.az xəbər verir ki, təsnifat mərhələsi qadınlar arasında dayaqla tullanma, müxtəlif hündürlüklü qollarla hərəkətləri əhatə edib.
Azərbaycanı Yuliya İnşina, Yekaterina Tişkova və Marina Nekrasova təmsil ediblər.
Yuliya İnşina, Yekaterina Tişkova müxtəlif hündürlüklü qollar, Marina Nekrasova və Yuliya İnşina isə dayaqla tullanmada finala çıxıblar.
İdman gimnastikasının bu iki hərəkəti üzrə Azərbaycanın qadın gimnastları hamıdan irəlidədir.
Sfera.az