Olimpiadaya 4 lisenziya qazandıq

Olimpiadaya 4 lisenziya qazandıq

Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçirilib.

Sfera.az-ın məlumatına görə, Corc Braun Konfrans Mərkəzinin Yarış zalında 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə aparıblar. Bu turnirdə Azərbaycan milli komandası iştirak edib. 8 kişi və 3 qadın atletlə dünya çempionatına qatılan yığmamızın uğurla çıxış edib.

Hyustonda keçirilən dünya çempionatında 3 qadın atletimiz iştirak edib. Silviya Angelova 48 kq çəki dərəcəsində 34-cü yeri tutaraq bizə xal qazandırmayıb. Əvəzində 58 kq-da çempion olan Boyanka Kostova 28 xal, 69 kq çəki dərəcəsində isə 13-cü olan Anastasiya İbrahimli 13 xal əldə edib.

Ötən il Qazaxıstanda qazandığımız 19 xalın üzərinə bu il 41 xal əlavə etsək də, toplamdakı 60 xal bizə yalnız 26-cı yeri tutmaq imkanı verib. Bu isə qadınlarda heç bir lisenziya əldə etməməyimiz deməkdir.

62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov 23, 69 kq çəki dərəcəsində 6-cı olan Firudin Quliyev və 77 kq çəki dərəcəsində eyni pilləni tutan Elxan Əliquluzadə hərəyə 20 xal, 94 kq çəki dərəcəsində yarışan İntiqam Zairov 9-cu pillə ilə 17, Rövşən Fətullayev 12-ci pillə ilə 14 xal, 105 kq çəki dərəcəsində Nailxan Nəbiyev 21-ci pillə ilə 5, Dadaş Dadaşbəyli isə 9-cu pillədə qərarlaşaraq 18 xal qazandırıb. Ötən il Qazaxıstandakı dünya çempionatında isə cəmi 23 xal qazanmışdı.

Hyustonda isə bunun üzərinə 112 xal (bu xalların 90-nı “Zirvə” İdman Klubunun atletləri qazanıblar) əlavə etdik və aktivimizdə toplam 135 xal oldu. Bu isə bizə 16-cı yeri tutmaq deməkdir. Bu pillədə qrarlaşaraq Azərbaycanın kişilərdən ibarət ağır atletika yığmasının Rio Olimpiadasında 4 lisenziya qazanması deməkdir.


OXŞAR XƏBƏRLƏR

Nihal Candan VƏFAT ETDİ

“İşte benim stilim” verilişi ilə tanınan Nihal Candan vəfat edib.   Sfera.az bildirir ki,  uzun müddətdir anoreksiya xəstəliyindəb ə...

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tam...

Müasir moda təbiəti öldürür: Dünya brendləri bataqlıq ərazilərdə...

Avropalı istehlakçılar tərəfindən atılan və Qanaya göndərilən geyimlər qorunan bataqlıq ərazilərdə böyük bir poliqonda tapılıb.   Sfera.az bildirir k...

100 il əvvəl ortaya çıxan və "Yuxu epidemiyası"nın sirri nə idi?

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həy...

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə görünsü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.   Sfera...

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat etdi

Bakıda üçüncü sinif şagirdi qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.   Qeyd olunub ki,...