UEFA "Fənərbağça"nı cərimələdi

Kateqoriya məlum deyil
T
UEFA Türkiyənin "Fənərbağça" komandasını yeddi milyon avro məbləğində cərimələyib.
Sfera.az bu barədə "Fanatik" nəşrinə istinadən xəbər verir.
Buna səbəb kimi, İstanbul təmsilçisinin maliyyə qaydalarını pozduğu göstərilir. Belə ki, "Fənərbağça" 2025-ci təqvim ilində UEFA-nın müəyyən etdiyi heyət xərcləri həddini - 70%-lik limiti aşıb. "Fənərbağça"da bu göstərici 84 faiz təşkil edib.
Bildirilir ki, klub sözügedən qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
Açar sözlər:
