"Sabah" brazilyalı oyunçu ilə yollarını ayırdı
Kateqoriya məlum deyil
“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.
Sfera.az klubun mətbuat xidmətinə istinadın xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
İqor Noqeyraya kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.






