Ərəb azarkeşdən viral ifa: “Aramam”ı əzbər oxudu

Ərəb azarkeşdən viral ifa: “Aramam”ı əzbər oxudu
Kateqoriya məlum deyil
T

FIFA 2026 Dünya Kubokunda maraqlı və rəngarəng anlar yaşanmağa davam edir. İspaniya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən oyundan əvvəl Səudiyyə Ərəbistanı millisinin azarkeşi məşhur türkiyəli müğənni İbrahim Tatlısəsin “Aramam” mahnısını ifa edərək diqqət mərkəzinə düşüb.

Sfera.az xəbər verir ki, qarşılaşma öncəsi stadionun yaxınlığında komandasına dəstək verən azarkeş AA müxbirinin mikrofonuna Tatlısəsin məşhur mahnısını səsləndirib. Mahnının sözlərini əzbərdən və böyük həvəslə oxuyan fanat ətrafdakıların marağına səbəb olub.

Səudiyyə Ərəbistanlı azarkeşin bu addımı sosial şəbəkələrdə də geniş rezonans doğurub. Onun ifasını əks etdirən görüntülər qısa müddətdə minlərlə bəyənmə və çoxsaylı şərh toplayıb.

Həmin görüntülər futbolsevərlər və İbrahim Tatlısəs pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.

Mənsumə

Sfera.az

PAYLAŞ