"Sabah" yeni transferini açıqladı

Kateqoriya məlum deyil
T
"Sabah" futbol klubu heyətinə yeni futbolçu qatıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun "Facebook" hesabında paylaşım edilib.
"Portuqaliyalı futbolçu Rodriqo Fernandeş bundan sonra komandamızın uğurları üçün çalışacaq.
25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq "Şamaxı"nın formasını geyinib.
Portuqaliya təmsilçisi "Sportinq"in yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici komandasında da forma geyinib", - deyə "Sabah"ın paylaşımında qeyd edilib.
