Logo

Türkiyə dünya çempionatı ilə vidalaşdı

Türkiyə dünya çempionatı ilə vidalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə dünya çempionatında Türkiyə Paraqvay millisinə məğlub olmaqla turnirə vəda edib.

Sfera.az xəbər verir ki, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.

2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.

Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib. Bununla da qrupdakı ilk iki matçında uduzan Türkiyə yığmasının növbəti mərhələyə çıxmayacağı dəqiqləşib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR