Neymarın ailəsində sevindirici xəbər

Neymarın ailəsində sevindirici xəbər
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur braziliyalı futbolçu Neymar ailəsinə yeni üzv gələcəyini açıqlayıb. 34 yaşlı ulduz futbolçu sevgilisi Bruna Biankardi ilə birlikdə beşinci övladlarını gözlədiklərini sosial şəbəkələrdə paylaşılan video vasitəsilə təsdiqləyib.

Sfera.az xəbər verir ki. cütlük bu xoş xəbəri “YouTube” platformasında yayımlanan rəngarəng bir video ilə izləyiciləri ilə bölüşüb. Videoda onların qızları Mavi və Mel, həmçinin Neymarın əvvəlki münasibətindən olan böyük oğlu Davi də yer alıb.

Kadrların ən diqqətçəkən hissəsi isə ailənin körpənin cinsini çəhrayı boya ilə açıqlaması olub. Bu anlar sosial mediada geniş maraq doğurub.

Qeyd edək ki, Neymarın Bruna Biankardi ilə iki qızı, əvvəlki münasibətindən bir oğlu və model Amanda Kimberli ilə münasibətindən 2024-cü ildə dünyaya gələn Helena adlı bir qızı var. Bununla da futbolçunun beşinci övladı yolda olur.

Mənsumə

Sfera.az

PAYLAŞ