Ronaldo yeni rekorda imza atdı

Kriştiano Ronaldo futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Sfera.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı Konqo Demokratik Respublikası ilə qrup mərhələsinin ilk tur oyununa start heyətində çıxmaqla mundial tarixinin ən yaşlı sahə oyunçusu olub.
Təcrübəli hücumçu bununla yanaşı daha bir əlamətdar göstəriciyə də nail olub. Belə ki, Ronaldo karyerasında altıncı dəfə dünya çempionatında iştirak edərək Lionel Messinin rekordunu təkrarlayıb.
Portuqaliyalı futbolçu ilk mundialına 2006-cı ildə qatılıb. O, daha sonra 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən dünya çempionatlarında da çıxış edib.
Beləliklə, Kriştiano Ronaldo və Lionel Messi dünya çempionatlarında altı dəfə iştirak edən ilk futbolçular kimi tarixə düşüblər.
