Logo

“Real Madrid” yeni transferini açıqladı

“Real Madrid” yeni transferini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Çelsi” komandasında çıxış edən müdafiəçi Mark Kukurellanın transferini rəsmiləşdirib.

Sfera.az xəbər verir ki, klub 27 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayıb.

Transferin ümumi dəyərinin bonuslarla birlikdə 51,8 milyon funt-sterlinqə qədər yüksələ biləcəyi bildirilir.

Məlumata görə, “Real Madrid” bu keçid üçün 47,5 milyon funt-sterlinq əsas məbləğ ödəyib, əlavə 4,3 milyon funt-sterlinq isə performansa bağlı bonuslar şəklində nəzərdə tutulub.

İspan müdafiəçi “Real Madrid” baş məşqçisi Xabi Alonso üçün prioritet transferlərdən biri hesab olunurdu. Onun xidmətində “Barselona” və “Mançester Siti” kimi klubların da maraqlı olduğu qeyd edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR