Ronaldo rekordun astanasında

11 iyun -19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il Dünya Kubokunda təcrübəli futbolçular diqqət mərkəzində olacaq. Turnirdə 40 yaşdan yuxarı bir sıra oyunçuların iştirak etməsi futbol tarixində nadir hadisələrdən biri hesab olunur.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, ən böyük maraq doğuran adlardan biri Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo olacaq.
41 yaşlı ulduz futbolçu karyerasında 6-cı dəfə Dünya Kubokunda meydana çıxmağa hazırlaşır. Bu göstərici ilə o, dünya futbolunda yeni rekorda imza ata bilər.
Turnirin ən yaşlı futbolçusu isə Şotlandiya millisinin 43 yaşlı qapıçısı Kreyq Qordon olacaq. Qordonun mundialda forma geyinməsi onu Dünya Kuboku tarixinin ən yaşlı oyunçularından birinə çevirəcək.
2026 Dünya Kubokunda iştirak edəcək 40 yaşdan yuxarı futbolçular arasında həmçinin Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç və Kabo-Verde yığmasının təcrübəli qapıçısı Vozinha da yer alır.
Yaşlarına baxmayaraq yüksək səviyyədə çıxış etməyə davam edən bu futbolçular, təcrübənin və peşəkarlığın futbolda nə qədər önəmli olduğunu bir daha nümayiş etdirəcəklər.
Fidan Hacızadə
Sfera.az
