Logo

“Volfsburq” tarixi uğursuzluqla üzləşdi

"Volfsburq" tarixi uğursuzluqla üzləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniyanın “Volfsburq” klubu Bundesliqada qalmaq uğrunda keçirilən pley-off mərhələsinin cavab oyununda “Paderborn”a məğlub olaraq yüksək liqanı tərk edib.

Sfera.az xəbər verir ki, qarşılaşma əlavə vaxtda “Paderborn”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 3-cü dəqiqədə “Volfsburq”un futbolçusu Cenan Peyçinoviç açıb. Meydan sahiblərinin qollarını isə Filip Bilbiya (38-ci dəqiqə) və Lorin Kurda (100-cü dəqiqə) vurublar. “Volfsburq” 14-cü dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Buna səbəb Yoahim Melenin qırmızı vərəqə alması olub.

Komandalar arasında ilk görüş mayın 21-də “Volfsburq”un meydanında keçirilib və qolsuz heç-heçə ilə yekunlaşıb. Mövsümün sonunda “Volfsburq” Bundesliqada 16-cı yeri tutub. “Paderborn” isə Almaniyanın ikinci Bundesliqasında mövsümü üçüncü pillədə başa vurub. Birbaşa Bundesliqaya yüksələn komandalar “Şalke” və “Elfersberq” olub. “Haydenhaym” və “Sent-Pauli” isə aşağı liqaya yuvarlanıblar.

Beləliklə, “Volfsburq” tarixində ilk dəfə Bundesliqadan aşağı liqaya düşüb. Klub 1996/97 mövsümündən etibarən Almaniyanın yüksək divizionunda çıxış edirdi və 29 il Bundesliqada mübarizə aparmışdı.

Qeyd edək ki, “Paderborn” sonuncu dəfə 2019/20 mövsümündə Bundesliqada çıxış edib və həmin mövsümü 18-ci pillədə tamamlayıb.

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR