Neymarın zədəsi narahatlıq yaratdı

Neymar rəsmi olaraq Braziliya millisinin Dünya Kuboku heyətinə qayıdıb.
Sfera.az xəbər verir ki, onun dönüşü futbolsevərlər arasında həm sevinc, həm də narahatlıq yaradıb. Məlumata görə, baş məşqçi Karlo Ançelotti tərəfindən milliyə dəvət alan “Santos” klubunun ulduz futbolçusu məşq zamanı sağ baldır nahiyəsində narahatlıq hiss edib. Aparılan tibbi müayinələr nəticəsində Neymarın baldırında ödəm aşkar olunub. Braziliya millisinin tibbi heyəti zədəni orta dərəcəli problem kimi qiymətləndirir.
Bildirilir ki, futbolçunun bərpa prosesi plan üzrə davam edərsə, o, Dünya Kuboku öncəsi Braziliya millisinin hazırlıq düşərgəsinə vaxtında qoşula biləcək. Riskdən qaçmaq məqsədilə Neymarın “Santos”un mövsümün qalan oyunlarında iştirak etməyəcəyi də qeyd olunur.
Qeyd edək ki, Neymar milliyə dəvət aldıqdan sonra emosiyalarını saxlaya bilməyərək göz yaşlarına boğulmuşdu. Hazırda isə bütün diqqətlər onun Dünya Kuboku öncəsi tam hazır vəziyyətə qayıdıb-qayıtmayacağına yönəlib.
Niyaz Hacıyev
Sfera.az
