Usman Dembele ən yaxşı futbolçu seçildi

Kateqoriya məlum deyil
T
Fransanın yüksək səviyyəli futbol çempionatı olan Liqa 1-də mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
Sfera.az xəbər verir ki, mükafata Fransanın “Paris Sen-Jermen” klubunun futbolçusu Usman Dembele layiq görülüb.
O, 2025-ci ilin “Qızıl Top” mükafatının qalibi olduqdan sonra ardıcıl ikinci dəfə bu ada sahib çıxıb.
Maraqlı məqam ondan ibarətdir ki, futbolçu bu uğura cəmi 9 dəfə start heyətində meydana çıxmaqla nail olub.
Dembele cari mövsümdə Liqa 1-də 20 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Niyaz Hacıyev
Sfera.az
