Bu gün iki oyun keçiriləcək

Bu gün iki oyun keçiriləcək
Kateqoriya məlum deyil
T

Bu gün Misli Premyer Liqasının XXXI turunda daha iki oyun baş tutacaq.

 

Sfera.az xəbər verir ki, əvvəlcə "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

 

Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

 

Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ"ın 62 xalı var. 20 xala malik "Qəbələ" isə 11-ci yerdədir.

 

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da startı veriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

 

"Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 38 xala malik "Sumqayıt" isə hazırda yeddincidir.

 

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq./trend

PAYLAŞ