PSJ-nin finala yüksəlməsi Parisdə iğtişaş yaratdı

Fransa hüquq-mühafizə orqanları Paris bölgəsində “Paris Saint-Germain” (PSJ) komandasının UEFA Çempionlar Liqasının finalına yüksəlməsindən sonra baş verən iğtişaşlar zamanı 127 nəfəri saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes “CNews” telekanalına açıqlamasında bildirib. Nazirin sözlərinə görə, Paris metropoliten ərazisində ümumilikdə 127 nəfər həbs edilib, onlardan 107-si paytaxt Parisdə saxlanılıb. Hadisələr nəticəsində 11 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Eyni zamanda, 23 polis əməkdaşı da yüngül xəsarət alıb.
L. Nunyes qeyd edib ki, hüquq-mühafizə orqanları bir neçə mağazanın talan olunması cəhdinin qarşısını alıb. O, iğtişaşlara səbəb olan bəzi azarkeşlərin davranışlarını kəskin şəkildə pisləyib və ictimai asayişi pozmağa cəhd edənlərə qarşı polis tərəfindən sərt tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Niyaz Hacıyev
Sfera.az
