FIFA mükafat fondunu artırdı

FIFA mükafat fondunu artırdı
Kateqoriya məlum deyil
T

FIFA 2026-cı il Dünya Çempionatının mükafat fondunu 15% artırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.


Yeni qərara əsasən, turnirdə iştirak edəcək hər bir komanda artıq ilkin 10,5 milyon dollar əvəzinə minimum 12,5 milyon dollar qazanacaq. Ümumilikdə isə mundialın mükafat fondu 870 milyon dollar təşkil edəcək.


Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq rekord sayda - 48 komanda mübarizə aparacaq.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ