Lukas Şevalye komandadan ayrıla bilər

Fransanın “Paris Saint-Germain” klubunun qapıçısı Lukas Şevalye yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial media hesabında məlumat yayıb.
Qeyd edək ki, 24 yaşlı qapıçının klubla müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir. Şevalye 2025-ci ilin avqust ayından etibarən PSJ-nin formasını geyinir. O, cari mövsümdə Fransa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyunda meydana çıxıb, 28 qol buraxıb və 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Qapıçı PSJ ilə birlikdə Fransa Superkubokunu və UEFA Superkubokunu qazanıb. Hazırda PSJ Fransa çempionatının turnir cədvəlində 30 oyundan sonra topladığı 69 xalla lider mövqedə qərarlaşıb.
Niyaz Hacıyev
Sfera.az
