Futbolda "təcavüz" qalmaqalı: Şübhəli hakim təyinat almayacaq

Futbolda "təcavüz" qalmaqalı: Şübhəli hakim təyinat almayacaq
Kateqoriya məlum deyil
T

Britaniyanın “The Sun” qəzetinin məlumatına görə, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxslərə qarşı cinsi xarakterli pozuntuda şübhəli bilinir.

 

Sfera.az xəbər verir ki, məlumata əsasən, adı açıqlanmayan hakim matçı idarə etmək üçün Böyük Britaniyaya səfər edib.

 

O, oteldə yetkinlik yaşına çatmayan bir oğlana qarşı nalayiq davranış sərgiləyib, ona toxunub və onu öz otağına aparmağa cəhd göstərib.


Hadisədən sonra polis müdaxilə edərək hakimi saxlayıb. Daha sonra o, girov müqabilində sərbəst buraxılıb. Bildirilir ki, rəsmi ittiham irəli sürüləcəyi təqdirdə, o, həbs oluna bilər.


UEFA isə məsələni diqqətdə saxladığını və istintaq yekunlaşana qədər həmin hakimin heç bir turnirə təyinat almayacağını açıqlayıb. “The Sun” həmçinin FIFA-nın da araşdırma müddətində bu hakimin beynəlxalq turnirlərdə istifadəsini dayandırdığını yazıb.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ