Logo

Azərbaycan Premyer Liqasında növbəti tura start veriləcək

Azərbaycan Premyer Liqasında növbəti tura start veriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Misli Premyer Liqasında bu gün XXIX tura start veriləcək.

Sfera.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "İmişli" "Sumqayıt"la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi görüş, Quba Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək. "Sumqayıt" hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Günün son matçı Qəbələdə keçiriləcək. "Qəbələ" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. 39 xala malik "Araz-Naxçıvan" 6-cı yerdə qərarlaşıb. "Qəbələ" 19 xalla 11-cidir.

Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR