"Ştutqart" finala yüksəldi

"Ştutqart" finala yüksəldi
Kateqoriya məlum deyil
T

Almaniya Kubokunun yarımfinal mərhələsində “Ştutqart” əlavə vaxtda “Frayburq”u 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

 

Sfera.az xəbər verir ki, görüşdə qolları “Ştutqart”dan Deniz Undav (70-ci dəqiqə) və Tiaqo Tomas (119-cu dəqiqə), “Frayburq”dan isə Maksimilian Eqgeşteyn (28-ci dəqiqə) vurub. Beləliklə, “Ştutqart” finalda “Bavariya” ilə qarşılaşacaq. Həlledici oyun mayın 23-də Berlində keçiriləcək.

 

Qeyd edək ki, “Bayern Münhen” Almaniya Kubokunu 20 dəfə qazanaraq turnirin ən titullu komandasıdır. Münhen təmsilçisi sonuncu dəfə 2020-ci ildə kuboku qazanıb. Ötən il isə “Ştutqart” turnirdə dördüncü dəfə qalib olub.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR