Logo

“Brayton” və “Houv Albion” “Çelsi” üzərində qələbə qazandı

"Brayton" və "Houv Albion" "Çelsi" üzərində qələbə qazandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərə Premyer Liqasının 33-cü turunda “Brayton” və “Houv Albion” evdə “Çelsi” üzərində 3:0 hesablı qələbə qazanıb.

Sfera.az xəbər verir ki, görüşdə qolları 3-cü dəqiqədə Ferdi Kadıoğlu, 56-cı dəqiqədə Cek Hinshelvud və 90+1-ci dəqiqədə Denni Uelbek vurub. Bu nəticə ilə “Çelsi” Premyer Liqada ardıcıl beşinci məğlubiyyətini alıb.

London klubu bu oyunlarda qol vurmaqda da çətinlik çəkib. Turnir cədvəlində “Çelsi” 48 xalla 7-ci, “Brayton” isə 50 xalla 6-cı pilləyə yüksəlib. “Brayton” növbəti oyununu 2 mayda səfərdə “Nyukasl Yunayted”lə, “Çelsi” isə 4 mayda “Nottingem Forest”lə keçirəcək.

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR