İran bu halda Dünya Kubokunda iştirak edəcək

İran bu halda Dünya Kubokunda iştirak edəcək
Kateqoriya məlum deyil
T

İran milli futbol komandasının oyunçularının təhlükəsizliyi təmin olunduğu təqdirdə 2026-cı il FIFA Dünya Kubokunda iştirak edə bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə İslam Respublikasının idman naziri Əhməd Donyamali məlumat verib. “Əgər milli komanda oyunçularının ABŞ-dəkı təhlükəsizliyi təmin olunarsa, biz Dünya Kubokuna gedəcəyik. Lakin iştirakla bağlı yekun qərarı hökumət və İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək”, – deyə nazirin sözlərini “Tasnim” xəbər agentliyi sitat gətirib.

 

Qeyd edək ki, martın 13-də Əhməd Donyamali İranın 2026-cı il Dünya Kubokunda milli komandanın oyunlarının ABŞ-dən Meksikaya köçürülməsi niyyətində olduğunu və bu məqsədlə Mexiko şəhəri ilə danışıqlar aparıldığını bildirmişdi.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ