Logo

“Bavariya” 54 illik rekordunu yenilədi

"Bavariya" 54 illik rekordunu yenilədi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Almaniya Bundesliqasının 29-cu turunda səfərdə “Sankt-Pauli”ni 5 cavabsız qolla məğlub edən “Bavariya” tarixi rekorda imza atıb.

Sfera.az xəbər verir ki, Vensan Kompaninin rəhbərlik etdiyi komanda bu mövsüm Bundesliqada ümumi qol sayını 105-ə çatdırıb. Bununla da “Bavariya” 1971/1972 mövsümündə qeydə alınan 101 qolluq tarixi klub rekordunu qırıb.

Bu qələbə ilə xallarının sayını 76-ya yüksəldən münhenlilər liderliyini davam etdirir. Çempionatın bitməsinə 5 tur qalmış onlar ən yaxın izləyiciləri “Borussiya Dortmund”u 12 xal qabaqlayırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR