Logo

“Napoli” “Milan"ı məğlub etdi

"Napoli" "Milan"ı məğlub etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliya A seriyasının 31-ci turunda “nəhənglər”in qarşılaşmasında qalib tərəf “Napoli” olub.

Sfera.az xəbər verir ki, “Diego Armando Maradona” stadionunda oynanan gərgin oyunda “Napoli” “Milan”ı 1-0 hesabı ilə məğlub edərək vacib üç xalı qazanıb.  Çempionlar Liqası yarışına və liqanın yuxarı sıralarına birbaşa təsir edən qarşılaşmada “Napoli” “Milan” ilə üz-üzə gəlib.

Oyun boyu oyunun gedişatına nəzarət etməyə çalışan ev sahibi komanda, 79-cu dəqiqədə Matteo Politano ilə axtardığı qolu tapıb. Sahəni 1-0 hesabı ilə tərk edən “Napoli” ardıcıl 5-ci qələbəsini qazanaraq xallarını 65-ə yüksəlib. “Milan” isə 63 xalda qalıb.

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR