Logo

AFFA meydandan çıxıb sonra geri qayıdan “Qarabağ”ı cərimələdi

AFFA meydandan çıxıb sonra geri qayıdan "Qarabağ"ı cərimələdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 21-ci turunda “Sabah-2” ilə matçda meydandan çıxıb sonra geri qayıdan “Qarabağ-2”ni cəzalandırıb.

Sfera.az xəbər verir ki, federasiya buna görə Ağdam klubunu 1000 manat cərimə edib.

Bundan başqa, oyundan sonra stadiona ziyan vuran “Sabah-2” barədə də qərar qəbul edilib. Arenadakı ziyan Masazır təmsilçisi tərəfindən ödəniləcək.

Qeyd edək ki, “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev “Sabah-2” ilə oyunda hakim qərarlarına etiraz olaraq komandasını meydandan çıxarmışdı. Daha sonra isə onlar geri qayıdaraq matça davam etmişdilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR