Logo

Millimiz “FIFA Series-2026” turnirinin qalibi oldu

Millimiz "FIFA Series-2026" turnirinin qalibi oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində sonuncu - ikinci oyununu keçirib.

Sfera.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığmasını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş 1:1 hesablı heç-heçə ilə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Hesabı 28-ci dəqiqədə rəqibin futbolçusu Daniel Kanu açıb. Millimizin müdafiəçisi Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib.

Oyunun penaltilər hissəsində daha dəqiq olan Azərbaycan yığması qələbə qazanıb - 9:8.

Bununla da yığma komandamız “FIFA Series-2026” turnirinin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR