Millimiz 16 oyun sonra qələbə qazandı

Millimiz 16 oyun sonra qələbə qazandı
Kateqoriya məlum deyil
T

Azərbaycan milli komandası “FIFA Series-2026” beynəlxalq turnir çərçivəsində ilk oyununu keçirib.


Sfera.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 5:1 hesabı ilə məğlub edib.


Millimizin heyətində Emin Mahmudov (2-ci dəqiqədə penaltidən), Rəhim Sadıxov (21), Musa Qurbanlı (37), Toral Bayramov (64), Vüsal İsgəndərli (86), eləcə də Rüstəm Əhmədzadə (89) fərqləniblər.


Rəqibin yeganə qolunu 52-ci Donovan Filipp penaltidən vurub.


Bununla da Azərbaycan yığması 16 oyun sonra qələbəyə sevinib. Təmsilçimiz son olaraq 2024-cü ilin iyununda Qazaxıstanı yoxlama matçında üstələmişdi.


Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu martın 30-da Syerra-Leone komandasına qarşı keçirəcək.

PAYLAŞ