PSJ-nin bu istəyi narazılıq yaratdı – “Lens”dən sərt reaksiya

PSJ-nin bu istəyi narazılıq yaratdı – "Lens"dən sərt reaksiya
Kateqoriya məlum deyil
T

Fransanın “Lens” klubu “Paris Sen-Jermen”in (PSJ) liqa oyununun təxirə salınması ilə bağlı istəyinə qarşı narazılığını bildirib.

 

Sfera.az xəbər verir ki, klubun mətbuat xidməti bunu turnirə hörmətsizlik kimi qiymətləndirib.

 

Daha əvvəl “L’Equipe” nəşri PSJ-nin Çempionlar Liqasında “Liverpul”la keçirəcəyi dörddəbir final oyunlarına görə, 11 aprelə planlaşdırılan matçın təxirə salınmasını istədiyini yazmışdı.


“Lens” bu yanaşmanı təhlükəli tendensiya adlandırıb və liqanın bəzi klubların Avropa ambisiyalarına uyğunlaşdırıldığını vurğulayıb. Klub hesab edir ki, oyun tarixinin dəyişdirilməsi komandanın ritmini pozur və sıx qrafik yaradır. Açıqlamada həmçinin yarışın nüfuzunun qorunmasının vacibliyi qeyd olunub, ədalətli qaydalar və bütün iştirakçılara bərabər yanaşma tələb edilib.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ