“Arsenal”ın qapıçısı “Bavariya”ya keçə bilər

"Arsenal"ın qapıçısı "Bavariya"ya keçə bilər
Kateqoriya məlum deyil
T

“Arsenal”ın qapıçısı David Raya Şimali London klubuna transfer olunmazdan əvvəl Almaniyanın nəhəng klubu “Bavariya”ya keçməyə çox yaxın olduğunu açıqlayıb.

 

Sfera.az xəbər verir ki, İspaniya millisinin üzvü hazırda Mikel Artetanın rəhbərliyi altında “Arsenal”da çıxış edərək Avropanın ən yaxşı qapıçılarından birinə çevrilib. Lakin futbolçu bildirib ki, vaxtilə Bundesliqa təmsilçisinin ciddi marağı olub və transfer demək olar ki, reallaşmaq üzrə idi. Buna baxmayaraq, Raya son anda “Arsenal”ı seçərək karyerasını İngiltərədə davam etdirmək qərarı verib.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ