Coan Laporta “Barselona”nın prezidenti seçildi

Coan Laporta "Barselona"nın prezidenti seçildi
Kateqoriya məlum deyil
T

Coan Laporta İspaniyanın “Barselona” futbol klubunun prezidenti seçilib.

 

Sfera.az xəbər verir ki, klubun mətbuat xidməti xəbər verib ki, seçkilər 15 martda baş tutub və yekun nəticələr 16 mart gecəsi açıqlanıb. Laporta səslərin 68,18%-ni, yəni 32.934 səsi toplayıb. Onun rəqibi Viktor Font isə səslərin 29,78%-ni (14.385) qazana bilib.

 

63 yaşlı Laporta 2021-ci ildən bəri “Barselona”nın prezidentidir. O, əvvəllər bu vəzifəni 2003–2010-cu illərdə də icra edib. Onun rəhbərliyi altında komanda altı İspaniya çempionluğu, üç İspaniya Kuboku, iki Çempionlar Liqası, bir UEFA Superkuboku və bir Klublararası Dünya Kubokunu qazanıb.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ