Logo

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

Sfera.az xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə qarşılaşıb.

Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb. Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR