Logo

"Fənərbaxça" gözlənilmədən uduzdu

"Fənərbaxça" gözlənilmədən uduzdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Fatih Karagümrük" "Fənərbaxça"nı 2:0 hesabı ilə məğlub edib.

Sfera.az xəbər verir ki, "Fatih Karagümrük" liqa oyunlarında 67 ildən sonra ilk dəfə rəqibi üzərində qələbə qazanıb.

Trendyol Super Liqasının 26-cı turu çərçivəsində "Fənərbaxça" Atatürk Olimpiya Stadionunda "Fatih Karagümrük"lə qarşılaşıb. Matçın 15-ci dəqiqəsində Bartuğ Elmaz, 45-ci dəqiqəsində isə Serginho fərqlənib. İlk hissəni 2:0 hesabı ilə öndə bitirən "qırmızı-qaralar" ikinci hissədə də üstünlüyünü qoruyub saxlayaraq qalib gəliblər.

Bu nəticə ilə "Fənərbaxça"nın "Karagümrük"ə qarşı beş oyunluq qələbə seriyasına da son qoyulub.

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR