İran futbol oyunlarını Meksikada keçirəcək

İran futbol oyunlarını Meksikada keçirəcək
Kateqoriya məlum deyil
T

İranın idman naziri Əhməd Donyamali bildirib ki, İran milli komandası 2026 FIFA Dünya Kuboku oyunlarını ABŞ əvəzinə Meksikada keçirmək imkanını nəzərdən keçirir.

 

Sfera.az xəbər verir ki, nazirin sözlərinə görə, bu məqsədlə Mexiko şəhəri ilə danışıqlar aparılır.


“İranın Meksikadakı səfiri danışıqlar aparırdı ki, əgər Meksika İranın iştirakı ilə keçiriləcək oyunlara ev sahibliyi etməyə razılıq versə, biz Dünya Kubokuna gedə bilərik. Lakin bu variantın reallaşması, çox güman ki, mümkün olmayacaq”, – deyə nazir dövlət televiziyasına açıqlamasında bildirib.


Qeyd edək ki, bölgədəki siyasi və hərbi gərginlik fonunda İran milli komandasının ABŞ-də keçiriləcək dünya çempionatında iştirakı ilə bağlı müxtəlif müzakirələr aparılır. Buna görə də rəsmi Tehran alternativ variantları da nəzərdən keçirir.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ