Pep Qvardiola Premyer Liqada yeni nailiyyət qazanıb
Kateqoriya məlum deyil
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Sfera.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib.
"Şəhərlilər" fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.
Pep Qvardiola İngiltərə çempionatında ən çox ayın məşqçisi seçilən 3-cü mütəxəssis olub. O, Devid Moyezi qabaqlayıb. Bu göstəricidə "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Sir Aleks Ferqyuson (27) liderdir. Arsen Venger (15) isə 2-ci yerdədir.






