FİFA-dan ABŞ və İsraillə bağlı AÇIQLAMA

Kateqoriya məlum deyil
T
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ABŞ və İsrail milli komandalarını diskvalifikasiya etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın "Akron Tolyatti" klubunun hücumçusu Artem Dzyuba açıqlama verib.
Dzyuba ABŞ millisinin Rusiya komandasından fərqli olaraq yarışlardan kənarlaşdırılmamasının ədalətsiz olub-olmaması ilə bağlı suala belə cavab verib:
“Dinləyin, düşünürəm ki, bu, əhəmiyyətsiz bir sualdır. Burada hər şey aydındır. İsrail və Amerika diskvalifikasiya olunmayacaq”.
Qeyd edək ki, Ukraynadakı vəziyyətə görə Rusiya milli komandaları və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisində hərbi əməliyyatlara başlayıb.
Niyaz Hacıyev
Sfera.az
