“Paris Sen-Jermen” böyük hesabla qalib gəldi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Fransanın “Paris Sen-Jermen” komandası evdə İngiltərənin “Çelsi” klubunu 5-2 hesabı ilə məğlub edib.
Sfera.az xəbər verir ki, oyun Parisdə baş tutub.
Qələbə qollarını Bredli Barkola (10-cu dəqiqə), Usman Dembele (40), Vitinya (74) və Xviça Kvaratskheliya (86 və 90+4) vurub. Məğlublardan isə Malo Qusteau (28) və Enzo Fernandes (57) fərqlənib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu PSJ ilə “Çelsi” arasında martın 17-də Londonda keçiriləcək.
PSJ hazırkı Çempionlar Liqası çempionudur. Əvvəlki turnirin finalında Fransa komandası İtaliyanın “İnter” komandasını 5-0 hesabı ilə məğlub etmişdi. Qeyd edək ki, “Çelsi” 2025-ci il FIFA klublararası Dünya Kubokunun finalında PSJ-ni 3-0 hesabı ilə üstələmişdi.
Niyaz Hacıyev
Sfera.az
