“Real Madrid” ingilis klubunu darmadağın etdi

Kateqoriya məlum deyil
T
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real Madrid” komandası evdə “Mançester Siti”ni 3-0 hesabı ilə məğlub edib.
Sfera.az xəbər verir ki, oyun zamanı Federiko Valverde üç qol vurub. Uruqvaylı futbolçu fərqlənməyi 20, 27 və 42-ci dəqiqələrdə bacarıb.
58-ci dəqiqədə isə “Real Madrid”in braziliyalı hücumçusu Vinisius penaltidən istifadə edə bilməyib.
Digər qarşılaşmada Almaniyanın “Bayer Leverkuzen” komandası evdə İngiltərənin “Arsenal” komandası ilə 1-1 hesablı heç-heçə edib. Cavab oyunları 17 mart tarixində İngiltərədə keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az
