İran Dünya Kubokundan imtina etdi

İran Dünya Kubokundan imtina etdi
Kateqoriya məlum deyil
T

İran milli futbol komandası 2026-cı ildə keçiriləcək Dünya Kubokunda iştirak etməyəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə İranın idman naziri Əhməd Donyamali TV2 telekanalının efirində məlumat verib.


Məlumata görə, turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Nazir bildirib ki, mövcud siyasi vəziyyət fonunda İranın turnirdə iştirakı mümkün deyil.


“Onların hökumətinin ali liderimizi öldürdüyünü nəzərə alsaq, hazırkı şəraitdə biz Dünya Kubokunda iştirak etməyəcəyik”, – deyə Donyamali qeyd edib.


Qeyd edək ki, 2026-cı il futbol üzrə Dünya Kuboku FIFA tərəfindən təşkil olunur və ilk dəfə olaraq üç ölkədə keçiriləcək.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ