“Mançester Siti” “Liverpul”la qarşılaşacaq

İngiltərə Kubokunun dörddəbir final mərhələsinin püşkatması bir sıra maraqlı və gərgin qarşılaşmaların baş tutacağını göstərib.
Sfera.az xəbər verir ki, ən diqqətçəkən oyunlardan biri “Etihad” stadionunda keçiriləcək və burada “Mançester Siti” “Liverpul”u qəbul edəcək.
Digər maraqlı qarşılaşmada isə Premyer Liqa təmsilçisi “Çelsi” Liqa 1-də çıxış edən və turnirdə sürpriz nəticələrlə diqqət çəkən “Port Veyl”lə üz-üzə gələcək. Liqa 1-in sonuncu pilləsində qərarlaşan “Port Veyl” üçün bu oyun turnirin ən böyük sınaqlarından biri hesab olunur.
Premyer Liqanın lideri “Arsenal” isə səfərdə Çempionşip təmsilçisi “Sauthempton”la qarşılaşacaq. Bu görüş də futbolsevərlərə maraqlı mübarizə vəd edir.
Beləliklə, İngiltərə Kubokunun dörddəbir final mərhələsində bir neçə maraqlı və prinsipial oyun azarkeşləri gözləyir.
Niyaz Hacıyev
Sfera.az
