Logo

“Milan” derbidə “İnter”lə qarşılaşdı

"Milan" derbidə "İnter"lə qarşılaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İtaliya Futbol Çempionatının 28-ci turunda doğma meydanda “İnter” “Milan” üzərində minimal hesablı qələbə qazanıb.

Sfera.az xəbər verir ki, "San Siro" stadionunda keçirilən qarşılaşma “Milan”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın yeganə qolunu 35-ci dəqiqədə Pervis Estupinan vurub. Bu nəticədən sonra “Milan” xallarını 60-a çatdıraraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “İnter”in isə səkkiz oyunluq qələbə seriyası başa çatıb. Komanda 67 xalla İtaliya çempionatında liderliyini davam etdirir.

Növbəti turda “İnter” martın 14-də “Atalanta”  ilə qarşılaşacaq. “Milan” isə martın 15-də səfərdə “SS Lazio” ilə üz-üzə gələcək.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR