UEFA “Real Madrid”ə ağır cəza verdi

UEFA "Real Madrid"ə ağır cəza verdi
Kateqoriya məlum deyil
T

UEFA “Real Madrid”i 15 min avro məbləğində cərimələyib.

 

Sfera.az xəbər verir ki, buna səbəb azarkeşlərdən birinin “Benfika” ilə fevralın 25-də keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda (2:1) nasist salamı verməsi olub.

 

Bundan əlavə Komitə “kral klubu”nun növbəti avrokubok ev oyununda “Santyaqo Bernabeu” stadionunun bir hissəsinin bağlanmasına qərar verib.

 

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real Madrid” İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşacaq.

PAYLAŞ